10 fevral 2016-cı il tarixdə Azərbaycan Dövlət Dənizçilik Akademiyasının müəllimləri ilə 10-11-ci sinif şagirdlərinin görüşü keçirildi. Akademiyanın baş müəllimi Texnika elmləri üzrə fəlsəfə doktoru Babayev Hacı Mirzə oğlu Akademiya haqqında geniş məlumat verdi. 10-11-ci sinif şagirdlərinin sualları ətraflı cavablandırıldı. Məktəbin direktoru belə görüşlərin keçirilməsinin daim olmasını təklif etdi. Sonda 20 fevral 2016-cı il tarixdə Akademiyada keçiriləcək " AÇIQ QAPI" günündə iştirak etmək istəyən 40 nəfər şagirdə və valideynə dəvətnamə verildi.