Uşaqların sevimlisi Zahid Xəlillə görüş keçirilib

Dekabrın 21-i məktəbin kitabxana müdiri Mətanət Salmanovanın təşəbbüsü və məktəbin ibtidai sinif müəllimi Nüşabə Ağamirzəyevanın təşkilatçılığı ilə məktəbin akt zalında şagirdlərin Azərbaycan yazıçısı, şairi, pedaqoq, jurnalist, respublikanın əməkdar müəllimi, professor  Zahid Xəlillə görüşü keçirilib.

Uşaqların sevimlisi  Zahid Xəlil  tədbir qonaqları və şagird heyəti, tərəfindən gurultulu alqışlarla qarşılanıb. Tədbiri giriş sözü ilə məktəbin direktoru Xanlar İmaməliyev açaraq şairin yaradıcılığı və şəxsiyyəti barədə fikirlərini bölüşüb.

Tədbirdə yazıçının özünün fikirlərinə, xatirələrinə geniş yer verilib. O, şagirdlərə Vətən sevgisi, təhsil uğurları ilə bağlı tövsiyələrini verib və onları maraqlandıran sualları cavablandırıb. Daha sonra şagirdlər şairin şeirlərini, yanıltmac və tapmacalarını  söyləyib,  hekayə, təmsil və şeirləri əsasında hazırladıqları səhnəcikləri təqdim ediblər.

Yazıçı Zahid Xəlil görüşün təşkilində əməyi olan, tədbirdə iştirak edən, onun haqqında düşüncələrini bölüşən, əsərləri barədə xoş fikirlər söyləyən, hər kəsə təşəkkürünü bildirib. Bütün bunları yaşadığı ömrə və yazdığı əsərlərə yüksək diqqət kimi qiymətləndirən ədib ümumən kitaba, ədəbiyyata həsr edilən tədbirlərin  keçirilməsinin şagirdlər üçün böyük əhəmiyyəti olduğunu vurğulayıb.

Sonda xatirə şəkli çəkdirilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi