Hərbi biliklərə yiyələnirlər

Şagirdlərin hərbi-vətənpərvərlik tərbiyəsi, vətəndaşlıq hisslərinin yüksəldilməsi, onların Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizəyə hazırlıq ruhunda tərbiyə edilməsi məqsədilə mütəmadi olaraq məktəbdə ictimai tədbirlər həyata keçirilir.
Məktəbdə gənclərin çağırışaqədər hazırlığını tədris edən Alim Qədirov qeyd edib ki, gənclərin çağırışaqədərki hərbi hazırlıq dərslərinin tədrisi şagirdlərin vətənpərvər ruhda böyüməsinə öz təsirini göstərir. Nəticə etibarilə gənclərə vətənpərvərlik hisslərinin aşılanmasında mühüm rol oynayır. Orduya çağırılan gənclərin orta məktəbdə oxuduğu dövrdə müəyyən hərbi biliklərə yiyələnməsi sonrakı dövrdə onların peşəkar hərbçi kimi yetişməsində də vacib rol oynayır.