Əfsanəvi kəşfiyyatçı Mehdi Hüseynzadənin xatirəsi anılıb

Dekabrın 14-ü məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Şəhla Zeynalova və rəhbərlik etdiyi 7 "C" sinif şagirdləri xalqımızın qəhrəman oğlu, Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin heykəli qarşısında anım tədbiri keçirib.
Şəhla Zeynalova bildirib ki, Mehdi Hüseynzadə 1941–1945-ci illər müharibəsində faşizmə qarşı mübarizədə apardığı çoxsaylı uğurlu kəşfiyyat əməliyyatları və nümayiş etdirdiyi misilsiz hərbi şücaətləri ilə böyük şöhrət qazanıb.
Daha sonra ölməz qəhrəmanın heykəli önünə gül dəstələri qoyularaq onun keçdiyi döyüş yolu haqqında geniş məlumat verilib və şagirdlər Mehdi Hüseynzadəyə həsr olunmuş şeirlər söyləyiblər.