Ümummilli lider Heydər Əliyevin anım günü münasibətilə tədbir keçirilib

Dekabrın 12-i məktəbin akt zalında ümummilli lider Heydər Əliyevin anım günü münasibətilə tədbir keçirilib. İlk öncə Ümummilli Liderin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə məktəbin direktoru Xanlar İmaməliyev açaraq Ulu Öndərin müdrik və qətiyyətli siyasəti nəticəsində yaranan siyasi sabitlikdən, müdrik rəhbərin Vətəni və xalqı üçün gördüyü nəhəng işlərdən, milli dövlətçilik və müstəqillik ideyalarının gerçəkləşdirilməsindəki xidmətlərindən danışıb. Vurğulanıb ki, güclü, müstəqil Azərbaycanın memarı ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kursu uğurla davam etdirən Prezident İlham Əliyev ölkəmizin qüdrətini artırıb, onun dünya dövlətləri sırasında mövqeyini daha da gücləndirib.

Tədbir müdrik və uzaqgörən siyasətçinin xatirəsinə həsr olunmuş filmin nümayişi ilə başa çatıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi