İlk dərslər ulu öndər Heydər Əliyevin əziz xatirəsinə həsr olunub

Dekabrın 12-i məktəbdə ilk dərslər ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunub. Dərslər müstəqil dövlətimizin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb. Sinif otaqlarında ümummilli liderin həyat və fəaliyyətinə həsr olunmuş sənədli filmlər nümayiş olunub.
Məktəbin foyesində ümummilli lider Heydər Əliyevin əziz xatirəsinə xüsusi ayrılmış guşədə onun həyat və yaradıcılığından bəhs edən kitablar və jurnallar nümayiş etdirilib.
Guşə önündə məktəbin kitabxana müdiri Mətanət Salmanova şagidlərə Ulu Öndərin keçdiyi şərəfli ömür yolundan bəhs edib, ümummilli lider Heydər Əliyevin uzaqgörənliyi, iradəsi və əvəzsiz siyasi strategiyası sayəsində Azərbaycanın bu gün dünya ölkələri tərəfindən etibarlı tərəfdaş kimi qəbul edildiyini bildirib. Qeyd edib ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.