Şən və Hazırcavablar Klubunun yeniyetmələrinin seçim mərhələsi keçirilib

Dekabrın 8-i Rəşid Behbudov adına Mahnı Teatrında Gənclər və İdman Nazirliyinin dəstəyi və Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə Şən və Hazırcavablar Klubunun (ŞHK) yeniyetmələrinin seçim mərhələsi keçirilib.
Turnirdə Bakı şəhərində yerləşən ayrı-ayrı məktəblərin komandası iştirak edib.
Yarışda 236 nömrəli tam orta məktəbi “Smexofor” adlı yığma komanda uğurla təmsil edib və növbəti mərhələyə vəsiqə qazanıb.
Onu da qeyd edək ki, intellektual oyunun keçirilməsində məqsəd şagirdlərin istedadlarının üzə çıxarılması, bacarıq və yaradıcılıqlarının inkişaf etdirilməsi olub.