"Üzeyir Hacıbəylinin Ev Muzeyi"nə ekskursiya təşkil olunub

Dekabrın  7-i məktəbin ibtidai sinif müəllimi Gülnarə Zeynalovanın  rəhbərliyi altında 2 "Ə" sinif şagirdlərinin  Azərbaycan professional musiqisinin banisi, Azərbaycan Respublikasının Dövlət Himninin bəstəkarı Üzeyir bəy Hacıbəylinin Bakıda yerləşən "Üzeyir Hacıbəylinin Ev Muzeyi"nə ekskursiyası təşkil olunub. 

Gülnarə Zeynalova və muzeyin bələdçisi tərəfindən şagirdlərə  bəstəkarın həyat və yaradıcılığı haqqında geniş və ətraflı məlumat verilib.

Daha sonra muzeyin əməkdaşları bu böyük bəstəkardan dərs almış bir çox tanınmış musiqi xadimlərindən, eləcə də vaxtilə onun qonşuluğunda yaşamış insanlara münasibətindən də ibrətamiz əhvalatlar danışıblar.

Şagirdlər Azərbaycan musiqi mədəniyyətinin karifeyi dahi Üzeyir Hacıbəyli yaradıcılığından bəhs edən sənədli film izləyiblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi