“Diabetə birlikdə qalib gələk!” adlı maarifləndirici söhbətlər aparılıb

Dekabrın 5-i məktəbdə məktəbin həkimi Samirə Əliyeva və tibb bacısı Elmira Şirəliyeva tərəfindən şagirdlərlə şəkərli diabet xəstəliyi və sağlam qidalanmaya həsr olunmuş “Diabetə birlikdə qalib gələk!” adlı maarifləndirici söhbətlər aparılıb. Onlar şagirdlərə şəkərli diabetin profilaktikası, ilkin əlamətləri və sağlam həyat tərzinə dair tövsiyələr verib.

Şagirdlərlə söhbət zamanı məlum olmuşdur ki, şəkərli diabet xəstəliyi və sağlam qidalanmaya həsr olunmuş sağlamlıq həftələri ərzində müxtəlif yaş qruplarına aid şagirdlər tibbi müayinələrdən keçmiş və ailə həkimləri tərəfindən onlara müvafiq məsləhətlər verilmişdir.

Samirə Əliyeva böyük minnətdarlıq hissi ilə vurğulayıb ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu diabetli uşaqları daim diqqət mərkəzində saxlayır, onların keyfiyyətli tibbi yardım almasına dəstək göstərir

Keçirilməsi zəruri olan maarifləndirici tədbirin məqsədi məktəbliləri xəstəliyin yaranma səbəbləri, simptomları, fəsadları, profilaktikası və müalicə yolları ilə bağlı məlumatlandırmaqdan ibarət olub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi