Məktəbdaxili sınaq qiymətləndirilməsi aparılıb

Noyabrın 27-i məktəbdə IX sinif şagirdlərinin Ana dili və riyaziyyat fənləri üzrə bilik, bacarıq və vərdişlərə yiyələnmə səviyyəsinin öyrənilməsi və şagirdlərin pedaqoji-psixoloji cəhətdən buraxılış imtahanlarına hazırlığının təmin edilməsi məqsədilə sınaq qiymətləndirilməsi aparılıb.

Monitorinqdə IX siniflərdə oxuyan 122 nəfər şagirdin hər biri iştirak edib. Sınaq qiymətləndirilməsi saat 1000 da başlayıb 1200 da başa çatıb. Monitorinqdə nəzarətçi-müəllimlər məktəb rəhbərliyi tərəfindən qeyri-ixtisas fənlərindən təyin olunub. Hər bir fənn üzrə 30 sual olmaqla iki variantda sual kitabçaları tərtib olunub.

İmtahan vaxtında yekunlaşıb və nəzarətçi-müəllimlər tərəfindən imtahanın şəffaf keçirilməsinə xüsusi nəzarət olunub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi