“Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyası başa çatıb

Noyabrın 17-də Lənkəran-Astara-Masallı rayonlarına “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyası başa çatıb.
Aksiyadan xoş təəssüratlarla qayıdan məktəblilər ulu öndər Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri qoyaraq ümummilli liderin əziz xatirəsini yad ediblər.
Zəngin təəssüratlarını bölüşən tur-aksiya iştirakçıları sonda xatirə şəkli çəkdiriblər.
Onu da qeyd edək ki, layihənin əsas məqsədi şagirdləri ölkəmizin müxtəlif bölgələrinin müasir həyatı, tarixi, mədəni irsi, adət-ənənələri, özünəməxsus xüsusiyyətləri, ümummilli lider Heydər Əliyevin qurub-yaratdığı müstəqil Azərbaycanın nailiyyətləri ilə yaxından tanış etmək, Prezident İlham Əliyevin qətiyyəti və iradəsi ilə respublikamızın dinamik sosial-iqtisadi inkişafı, gündən-günə abadlaşan şəhər və rayonlarımızın yeniləşən siması barədə gənclərdə əyani təsəvvür yaratmaqdan ibarətdir.