Payız tətilini maraqlı və əyləncəli keçiriblər

Noyabrın 18-i məktəbin ibtidai sinif müəllimi Gülnarə Zeynalovanın təşəbbüsü və təşkilatçılığı ilə 2 "Ə" sinif şagirdləri payız tətilini səmərəli keçirmək məqsədilə Lənkəran şəhərinin Xanbulan kəndində salınmış sitrus meyvə bağlarında ekskursiyada olublar.

Ekskursiya zamanı şagirdlər sitrus meyvə bağları ilə yaxından tanış olub, meyvə səbətlərinə müxtəlif siturus meyvələri yığıb və topladıqları meyvələrin dadına baxıblar.

Asudə vaxtlarını maraqlı və əyləncələli keçirən məktəblilər Lənkərandan xoş təəssüratla ayrılıblar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi