Pedaqoji Şuranın növbəti iclası keçirilib

Noyabrın 19-u məktəbin akt zalında Pedaqoji Şuranın iş planına uyğun olaraq növbəti iclası keçirilib.

İclası açıq elan edən məktəbin direktoru Xanlar İmaməliyev gündəliyə çıxarılan məsələləri elan edib. 

2018-2019-cu dərs ilində təhsilin keyfiyyətinin artırılması istiqamətində görüləcək işlər, məktəbdaxili qiymətləndirmə, dərsə davamiyyət, IX siniflər üzrə buraxılış imtahanlarına hazırlıq, qarşıda duran vəzifələr və digər məsələlər müzakirə olunub, müvafiq qərarlar qəbul edilib.

Yığıncaqda müəllimləri maraqlandıran suallar məktəbin direktoru Xanlar İmaməliyev tərəfindən ətraflı cavablandırılıb və müvafiq göstərişlər verilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi