“Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyası çərçivəsində şagirdlərin yolasalma mərasimi keçirilib

Noyabrın 14-ü “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyasında iştirak edəcək Bakı şəhəri Səbail rayonunun ümumtəhsil məktəblərinin, o cümlədən 236 nömrəli tam orta məktəbin təhsildə və idmanda fərqlənən 9-11-ci sinif şagirdlərinin Lənkəran-Astara-Masallı rayonlarına yolasalma mərasimi keçirilib.
Yolasalma mərasimində konsert proqramı təşkil olunub. Belə ki, məktəblilərin ifalarında kompozisiyalar nümayiş etdirilib, şeirlər söylənilib.
Məktəbin 9-cu sinif şagirdi Akif Axundov müsahibəsində "Biz bu müddətdə vaxtımızı səmərəli keçirəcək, Azərbaycanımızın bölgələri, bölgənin maddi-mədəniyyət abidələri ilə yaxından tanış olacaq, geri qayıdandan sonra səfər təəssüratlarımı sinif yoldaşlarımla bölüşəcəyəm” fikrini qeyd edib.
Sonda məktəblilər xüsusi avtobuslarla Lənkərana yola düşüblər.