Mərkəzi Nəbatat bağına “Payız ekskursiyası” təşkil olunub

Noyabrın 13-ü məktəbin ibtidai sinif müəllimi Nərmin Əliyevanın təşkilatçılığı ilə 4-cü sinif şagirdlərinin Mərkəzi Nəbatat bağına ekskursiyası təşkil olunub.
Ekskursiyanın təşkil edilməsində məqsəd uşaqların asudə vaxtlarını maraqlı keçirməsini təmin etmək və eyni zamanda payız fəslinə aid xüsusiyyətləri- xüsusilə bitkilərdə dəyişikliklərə səbəb olan və yarpaqlarda xəzan dövrünün şagirdlərə əyani şəkildə öyrədilməsi olub.
Şagirdlər payız fəslinin əlvan yarpaqlarından və şam qozalarından ibarət maraqlı kompozisiya, dekorativ mozaikalar hazırlayıblar.