Şahmat idman növü üzrə uğurlu nəticə qazanılıb

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi, Milli Olimpiya Komitəsi və Azərbaycan Məktəb İdmanları Federasiyası tərəfindən imzalanmış birgə əmrə əsasən “Məktəblər arasında respublika çempionatı”nın rayondaxili mərhələsində şahmat idman növü üzrə keçirilən yarışda 236 nömrəli tam orta məktəbin komandası II yerə layiq görülərək xüsusi mükafat və diplomla təltif olunub.

Onu da qeyd edək ki, məktəblər arasında respublika çempionatının keçirilməsində məqsəd ümumtəhsil məktəbləri şagirdlərinin sağlam həyat tərzinə istiqamətləndirilməsi, onların asudə vaxtının səmərəli təşkili, idmana marağının artırılması, ümumtəhsil məktəblərinin idman sahəsində sinifdənxaric və məktəbdənkənar fəaliyyətlərinin qiymətləndirilməsidir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi