Məzunumuz dünya çempionatında böyük nailiyyətlərə imza atıb

Məktəbin məzunu Balabəy Ağayev Azər oğlu böyük uğurlara imza atıb. Belə ki, sentyabrın 13-ü Bolqarıstanın paytaxtı Sofiyada cüdo üzrə gənclərin Avropa birinciliyi yarışmasında 55 kq çəki dərəcəsində çıxış edən Balabəy Ağayev bürünc medala sahibi olub. Oktyabrın 18-i isə Baham adalarının paytaxtı Nassauda cüdo üzrə gənclər arasında dünya çempionatında 55 kq çəki dərəcəsində çıxış edərək gümüş medal əldə edib.
Biz də öz növbəmizdə Balabəy Ağayevi 236 nömrəli tam orta məktəbin rəhbərliyi və kollektivi adından ürəkdən təbrik edirik və uğurlarının davamlı olmasını arzu edirik.