Şagirdlər XIII Nar festivalına tamaşa ediblər

Noyabrın 3-ü məktəbin ibtidai sinif müəllimi Gülnarə Zeynalova rəhbərlik etdiyi 2 "Ə" sinif şagirdlərinin Göyçay rayonunda Mədəniyyət Nazirliyi və Göyçay Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən XIII Nar festivalına ekskursiyasını təşkil edib.

Əvvəlcə müəlim və şagirdlər ulu öndər Heydər Əliyevin xatirəsini yad edərək, abidəsi önünə gül dəstələri düzüblər.

Daha sonra şagirdlər tədbirdə nar məhsullarının sərgi-yarmarkasını, xanəndələrin ifasında nara həsr olunmuş milli musiqiləri, muğam və folklor nümunələrini, məktəblilərdən ibarət mahnı və rəqs qruplarını, kəndirbaz və idmançıların təqdimatını böyük maraqla izləyiblər.

XIII Nar festivalı öz rəngarəngliyi, möhtəşəmliyi ilə şagirdlərin böyük marağına səbəb olub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi