“Məktəblər arasında respublika çempionatı”nın rayon mərhələsinin qaliblərindən olub

Noyabrın 1-i Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi, Milli Olimpiya Komitəsi və Azərbaycan Məktəb İdmanları Federasiyasının birgə təşkilatçılığı ilə “Məktəblər arasında respublika çempionatı”nın rayon mərhələsi keçirilib.

236 nömrəli tam orta məktəb “Məktəblər arasında respublika çempionatı”nın rayon mərhələsində Basketbol idman növü üzrə ikinci yer tutduğuna görə diplomla təltif olunub.

Qeyd edək ki, “Məktəblər arasında respublika çempionatı”nın keçirilməsində məqsəd ümumtəhsil məktəblərində bədən tərbiyəsi və idmanın şagirdlər arasında kütləviləşdirilməsi, onlar arasında idmana olan marağın artırılması, məktəblərdə sağlam və fəal həyat tərzinin təşviqi olub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi