“Düşünülmüş peşə seçimi gələcək uğurunuzun zəminidir” mövzusunda söhbət aparılıb

Noyabrın 1-i məktəbin akt zalında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən məktəbin 8-9-cu sinif şagirdləri və onların valideynlərinin iştirakı ilə “Düşünülmüş peşə seçimi gələcək uğurunuzun zəminidir” mövzusunda tədbir keçirilib.

Tədbirlərdə valideyn və məktəblilərə mövcud əmək bazarında daha çox tələb olunan ixtisas və peşələr, ixtisas və peşələrin gələcək perspektivləri, habelə məşğulluq xidmətləri haqqında ətraflı məlumatlar verilib.

Şagirdlərin çoxsaylı sualları qurum nümayəndələri tərəfindən ətraflı cavablandırılıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi