“Mənəvi dəyərlərimiz məktəblilərin gözü ilə” inşa-yazı müsabiqəsində uğurla iştirak edib

Oktyabrın 30-da Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin dəstəyi ilə “Mənəvi dəyərlərimiz məktəblilərin gözü ilə” inşa-yazı müsabiqəsinin mükafatlandırma mərasimi keçirilib.
Tədbirdə məktəbin 10 “E” sinif şagidi Fidan Məmmədzadəyə həvəsləndirici yer tutduğuna görə diplom və pul mükafatı təqdim olunub.
Tədbirin keçirilməsində məqsəd məktəblilərin milli ruhda tərbiyəsi, Azərbaycan tarixi və mədəniyyəti, adət-ənənələrimiz və dəyərlərimiz barədə biliklərinin artırılması olub.