Tədbirdə fəal iştirakına görə "Təşəkkürnamə" təqdim olunub

Oktyabrın 29-da Respublika Elmi Pedaqoji Kitabxanasında "Beynəlxalq Məktəb Kitabxanaları Günü" münasibətilə geniş tədbir keçirilib.
Tədbirdə məktəbin kitabxana müdiri Mətanət Salmanovaya pedaqoji sahədə səmərəli fəaliyyətinə, gənc nəslin tərbiyəsində göstərdiyi xidmətlərinə və tədbirdə fəal iştirakına görə "Təşəkkürnamə" təqdim olunub.
Biz də məktəb rəhbərliyi və kollektivimiz adından Mətanət xanımı ürəkdən təbrik edir və uğurlarının davamlı olmasını diləyirik.