Dərsdə Zəngilan rayonunun işğalının 25-ci ildönümü yad edilib

Oktyabrın 29-da məktəbin tarix müəllimi Sara Ağayeva tərəfindən Zəngilan rayonunun işğalının 25-ci ildönümünü yad etmək üçün 9 "C" sinfində xüsusi dərs təşkil olunub.
İlk öncə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sara Ağayeva Zəngilan rayonunun coğrafi mövqeyi, təbiəti, tarixi, mədəni abidələri və rayon əhalisinin münaqişə illərində nümayiş etdirdiyi şücaət haqqında ətraflı və geniş məlumatı şagirdlərin diqqətinə çatdırıb.
Dərsdə şagirdlərin çoxsaylı sualları cavablandırılıb.