Qaliblərin mükafatlandırma mərasimi keçirilib

Oktyabrın 26-da məktəbin akt zalında  Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə Bakı şəhər turnirinin final oyununun qaliblərinin mükafatlandırma mərasimi keçirilib.

Mərasimdə Səbail rayon İcra Hakimiyyəti və Səbail rayon Gənclər və İdman İdarəsinin nümayəndələri iştirak edib.

Səbail rayon Gənclər və İdman İdarəsinin əməkdaşı Xasay Vəliyev tədbirdə çıxış edərək futbolun inkişafında xüsusilə uşaqlar arasında keçirilən məhəllələrarası mini-futbol turnirinin böyük rol oynadığını bildirib, iştirakçılara gələcək yarışlarda uğurlar arzulayıb və qalib komandaya kubok və Fəxri fərman təqdim edərək qalibləri təbrik edib.

Onu da qeyd edək ki, yarış Nərimanov rayonu ərazisində yerləşən Məktəb Lisey Kompleksinin mini-futbol meydançasında “18 oktyabr-Dövlət Müstəqilliyi Günü”nə həsr olunmuş məhəllələrarası mini-futbol  2007-2008-ci il təvəllüdlü oğlanlar arasında təşkil olunmuşdur.

Yarışın keçirilməsində məqsəd  məktəblilərin idmana olan marağını daha da artırmaq, futbol idman növünü məktəblilər arasında təbliğ etməkdən ibarət olub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi