Şagirdlərimiz daha bir uğura imza atdılar

Oktyabrın 25-də Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə Bakı şəhər məhəllələrarası mini-futbol turnirinin final oyunları keçirilib.
Yarış 2007-2008-ci il təvəllüdlü oğlanlar arasında təşkil olunub.
Gərgin mübarizədə Səbail rayon məktəblilərinin komandası qalib gələrək I yeri qazanıb. Qalib komandamız kubok, diplom və medallarla təltif edilib.
Yarışın keçirilməsində məqsəd məktəblilərin idmana olan marağını daha da artırmaq, futbol idman növünü məktəblilər arasında təbliğ etməkdən ibarət olub.