Şagirdlərimiz istedadlı və yaradıcı gənclərin III Respublika toplantısında iştirak edib

Oktyabrın 23-də “Fairmont Baku” otelində istedadlı və yaradıcı gənclərin III Respublika toplantısı keçirilib.
Tədbirdə tanınmış elm, mədəniyyət və incəsənət xadimləri çıxış edərək tədbirin əhəmiyyətindən söz açıb.
Mötəbər tədbirdə məktəbin öz yaradıcılığı ilə fərqlənən istedadlı şagirdlərindən 9 "D" sinif şagirdi Cəmilə Hüseynzadə və 11 "A" sinif şagirdi Ləman Şabanova iştirak edib.
Sonda respublikamızda istedadlı və yaradıcı gənclərin fəaliyyəti, bu sahədə keçirilən tədbirlərlə bağlı videoçarx nümayiş etdirilib.