Qarışıq döyüş növləri üzrə birincilik əldə edib

Oktyabrın 18-i "Dövlət Müstəqilliyi Günü"nə həsr olunmuş Xəzər rayon Gənclər və İdman idarəsi və AFMC üzrə "Sənan" idman klubunun təşkilatçılığı ilə qarışıq döyüş növləri üzrə uşaq, yeniyetmə və gənclər arasında açıq turnir yarışları keçirilib.
Yarışda 12-13 yaş təvəllüdlü idmançılar arasında 40 kiloqram çəki dərəcəsində mübarizə aparan məktəbin 6 "D" sinif şagirdi Natiq Niftəliyev bütün rəqiblərinə qalib gələrək I yeri tutub.
Natiq Niftəliyev təçkilatçı qurum tərəfindən birincilik medalı, diplom və qiymətli hədiyyələrlə mükafatlandırılıb.