Məktəbin müəllim və şagird heyəti XII Azərbaycan beynəlxalq təhsil sərgisində iştirak edib

Oktyabrın 13-ü məktəbin direktoru Xanlar İmaməliyev və məktəbin bir qrup müəllim və şagird heyəti Təhsil Nazirliyinin dəstəyi, “Caspian Event Organisers” şirkətinin təşkilatçılığı ilə reallaşdırılan Bakı Ekspo Mərkəzində təşkil edilən XII Azərbaycan beynəlxalq təhsil sərgisində iştirak edib.
“Uşaqların gələcəyinə sərmayə” devizi altında keçirilən sərgidə ayrı-ayrı ölkələri təmsil edən universitetlər haqqında ətraflı məlumat verilib, şirkətlər xaricdə təhsil proqramları, müasir texnologiyalar və sinif otaqları üçün lazım olan müxtəlif avadanlıqlar təqdim ediblər.
Onu da qeyd edək ki, Bakı Ekspo Mərkəzində təşkil edilən XII Azərbaycan beynəlxalq təhsil sərgisi (“Education 2018”) üç gün davam edib və oktyabrın 13-də başa çatıb.