"Mənim ailəm" mövzusunda nümunəvi dərs keçirilib

Oktyabrın 9-u məktəbin rus bölməsinin ibtidai sinif müəllimi Vəfa Əliyeva rəhbərlik etdiyi 2 "E" sinfində həyat bilgisi fənnindən "Mənim ailəm" mövzusunda nümunəvi dərs aparıb.
Vəfa Əliyeva "Ailə tarixən xalqımızın yüksək mənəvi dəyərlərinin qoruyucusu, genofondumuzun daşıyıcısı kimi mühüm rol oynamışdır. Sağlam cəmiyyətin, güclü dövlətin formalaşması və inkişafında mühüm vasitə olan ailə insanların bütün yaş dövrlərində ehtiyac duyduğu ən ali dəyərdir. Sağlam ailə mühitində tərbiyə alaraq böyüyən gənclər isə xalqımızın milli sərvəti, ölkəmizin gələcəyidir. Buna görə də uşaqların böyüyə hörmət, milli adət-ənənələrə sədaqət ruhunda tərbiyə olunması ailələrin qarşısında duran ən mühüm vəzifələrdəndir" fikirlərini şagidlərin diqqətinə çatdırıb.
Şagirdlər kağız üzərində çəkdikləri ağacın gövdəsi və budaqlarına ailə üzvlərinin şəkillərini yapışdırıb.