Biz səninlə fəxr edirik!

Oktyabrın 8-i Azərbaycan Yelkənli İdman Federasiyası tərəfindən təşkil olunan “Federasiya Kuboku” yarışları üzrə iki gün ərzində “Laser” və “Optimist” siniflərinin yarışı keçirilib və “Windsurf sinfi”nin nümayişi olub. Yarışda, həmçinin “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin “Xəzər” Yelkənli Qayıqlar İdman Klubunun “Laser-standard” sinfi üzrə komandası da iştirak edib.

“Optimist” sinfi üzrə yarışda Yelkənli İdman Federasiyasının (YİF) üzvləri fərqləniblər. Belə ki, çətin hava şəraitində gərgin idman mübarizəsi aparan məktəbin 6 "E" sinif şagirdi Səxavət Əzimov ikinci yeri tutaraq diplom, medal və qiymətli hədiyyələr qazanıb.

Onu da qeyd edək ki, bu Səxavətin ilk uğuru deyil. Səxavət Əzimov Qazaxıstanın Aktau şəhərində Azərbaycan Yelkənli İdman Federasiyanın (AYİF) “Optimist” sinfi üzrə yığma komandasında beynəlxalq "Caspian Cup" ("Xəzər kuboku") Yelkənli Qayıq Yarışı üzrə keçirilən mötəbər yarışda uğurla iştirak edib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi