Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksinə ekskursiya təşkil edilib

Oktyabrın 7-si məktəbin ibtidai sinif müəllimi Nərmin Əliyevanın təşəbbüsü və təşkilatçılığı ilə 4 "G" sinif şagirdlərinin Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksinə ekskursiyası təşkil edilib.

Şagirdlər Arxeoloji-Etnoqrafik Muzey Kompleksində Abşeron yarımadasında tapılmış və eramızdan əvvəl III-II minilliklərdən orta əsrlərə qədər dövrü əhatə edən qayaüstü rəsmlər, Qavaldaş, keramika, məişət və bəzək əşyaları, silah və sikkələr, qədim yaşayış kompleksinin konservasiya olunmuş qalıqları ilə yaxından tanış olub.

Ekskursiyada şagirdlərə bələdçi tərəfindən Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksi, oradakı eksponatlar haqqında ətraflı məlumat verilib.

Ekskursiyanın təşkil edilməsində məqsəd şagirdlərin Azərbaycanın tarixinə, mədəniyyətinə daha yaxından bələd olması, ölkənin turizm məkanları haqqında ətraflı məlumatlar ala bilməsi olub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi