Müəllimlərin peşə bayramı səmimiliyi ilə yadda qalıb

Oktyabrın 5-i məktəbdə məktəbin uşaq birliyi rəhbəri Gülnar Əzimovanın təşkilatçılığı ilə müəllimlərin peşə bayramı münasibətilə möhtəşəm tədbir keçirilib.

Məktəbin ibtidai siniflər üzrə korpusunun dəhlizində təşkil olunmuş tədbirdə şagirdlər bir-birindən maraqlı şeirlər səsləndirib, mahnılar ifa edib, milli rəqslər və maraqlı kompozisiyalarla çıxış ediblər.

Tədbirin sonunda şagirdlərin hazırladıqları rəngbərəng, müxtəlif ürək formalı, kağızdan hazırlanmış açıqcaları müəllimlərinə təqdim etməsi hamıda böyük ruh yüksəkliyi oyadıb səmimiliyi ilə yadda qalıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi