Məktəb "Şahmat yarışı"nın qalibi olub

Sentyabrın 25-i Səbail Rayon İcra Hakimiyyəti və Səbail Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə 3 nömrəli Uşaq-Gənclər Şahmat İdman məktəbində məktəblilərarası şahmat yarışı təşkil edilib.
Hər bir məktəbi 4 oğlan, 2 qızdan ibarət 6 nəfərlik komanda təmsil edib.
Yarış “Şahmat”-ın beynəlxalq qaydalarına əsasən keçirilib və püşkatmanın nəticəsinə əsasən komanda şəklində olimpiya sistemi üzrə təşkil olunub.
Yüssək səviyyədə təşkil olunmuş yarışda 236 nömrəli tam orta məktəb 1-ci yerə layiq görülərək qalib üzvlərinə Səbail Rayon Gənclər və İdman İdarəsi tərəfindən kubok, medal və diplomlar təqdim olunub.
Yarışın təşkilində əsas məqsəd istedadlı gənc şahmatçıların aşkar olunması, onların istedadlarının üzə çıxarılması üçün şəraitin yaradılması, məktəblilər arasında ünsiyyətin, o cümlədən dostluq əlaqələrinin artırılması, "Şahmat” idman növünün geniş təbliğ olunması olub.
Məktəbin fiziki tərbiyə və şahmat müəllimi olan yarışda məktəbi ləyaqətlə təmsil edən komanda məşqçisi Şakir Quliyev başda olmaqla olmaqla komanda üzvləri Paşam Əlizadə, Cəmil Mürvətov, Tural Mahmudlu, Şıxverdi Rauf, Aytac Babazadə və Günel Mahmudlunu məktəb rəhbərliyi və kollektivi adından təbrik edir uğurlarının davamlı olmasını diləyirik.