"Bilik Günü" təntənə ilə qeyd olunub

Sentyabrın 15-i məktəbdə yeni dərs ilinin başlanması münasibəti ilə təntənəli mərasim keçirilib.
Tədbir Azərbaycan Respublikasının dövlət himninin səslənməsi ilə başlanıb.
Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Xanlar İmaməliyev qonaqları, müəllim və şagirdləri “Bilik günü” münasibəti ilə təbrik edib, dövlət tərəfindən təhsilə göstərilən diqqət və qayğıdan, məktəbin uğurlarından, geniş məruzə ilə çıxış edib.
Tədbirdə Səbail rayon İcra başçısının müavini Abit Əliyev, qəsəbə Bələdiyyəsinin sədr müavini Fəxrəddin Quliyev, Silahlı Qüvvələrimizin zabiti, aprel döyüşləri zamanı minaya düşən polkovnik-leytenant Eldəniz Sadıqov və digər qonaqlar iştirak edib. Eldəniz Sadıqov Azərbaycan Ordusunun aprel döyüşlərində əsl qəhrəmanlıq nümayiş etdirmələrindən, döyüş zamanı Azərbaycan ordusunun əsgər və zabitlərinin ruh yüksəkliyindən geniş söhbət açıb.
Sonra qəsəbə Bələdiyyəsinin sədr müavini Fəxrəddin Quliyev qəbul imtahanlarında yüksək nəticələr əldə edən məzunlarımıza 100 manat pul və Fəxri Fərman təqdim edib.
Tədbir şagirdlərin hazırladıqları bir-birindən maraqlı çıxışları, müxtəlif rəqs nümünələri ilə davam edib və sonda "İlk zəng" çalınıb.