Şagirdlərimiz Dağıstan Respublikasında Azərbaycanı uğurla təmsil edib

Avqustun 20-də Dağıstanda “Xəzər dostluq dənizidir-2018” düşərgəsində uşaqlar arasında şahmat üzrə komanda turniri keçirilib. Yarışlara Azərbaycan və Rusiya idmançıları qatılıblar.

İyirmiyə yaxın komandanın yarışdığı turnir Dağıstanın tanınmış ictimai xadimi Maqomed Qamzatovun xatirəsinə həsr olunub. Turnirdə Bakı və Sumqayıtdan, Çeçenistan, Kabarda-Balkar, Şimali Osetiya, Kalmıkiya, Həştərxan, Volqoqraddan 80-dən çox şahmatçı iştirak edib.

Mötəbər yarışda məktəbin 8 "B" sinif şagirdləri Axunov Akif Vahid oğlu və Axundova Nərgiz Vahid qızı qaliblər sırasında yer alıb.

Qaliblərə Dağıstan Təhsil və Elm Nazirliyinin diplomları, Maqomed Qamzatovun ailəsi adından kubok və medallar təqdim olunub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi