Yelkənli İdman Federasiyasının komandası beynəlxalq yarışda Azərbaycanı uğurla təmsil edib

Avqustun 10-u Qazaxıstanın Aktau şəhərində Azərbaycan Yelkənli İdman Federasiyanın (AYİF) “Optimist” sinfi üzrə yığma komandası beynəlxalq "Caspian Cup" ("Xəzər kuboku") Yelkənli Qayıq Yarışı üzrə keçirilən mötəbər yarışda uğurla iştirak edib.

Tədbirdə beynəlxalq dərəcəli mütəxəssislər, idmançılar, eləcə də, ictimaiyyət nümayəndələri iştirak edib.

Yarışda məktəbin 6 "E" sinif şagirdi Əzimov Səxavət Ayaz oğlu “Optimist” sinfi üzrə yığma komandanın fəal iştirakçılarından olub.

Vətənə çoxsaylı medal və kuboklarla dönən qalibləri  təbrik edir, uğurlarının davamını diləyirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi