"Gənc Heydərçilər"in yay istirahəti başa çatıb

Gənc nəslin vətənpərvər, xalqına məhəbbət, dövlətçilik ruhunda tərbiyəsi, onların sağlam və bilikli böyüməsi istiqamətindəki işlər çərçivəsində Səbail rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə birgə həyata keçirilən Qusar rayonunun "N" saylı hərbi hissəsində "Gənc Heydərçilər"  hərbi-vətənpərvərlik təmayüllü təşkil olunmuş yay düşərgəsindəki yeniyetmələrin yay istirahəti başa çatıb.

Səbailli yeniyetmələrin yay istirahəti və hərbi-vətənpərvərlik tərbiyəsinin möhkəmləndirilməsi istiqamətində keçirdiyi bu möhtəşəm layihədə 236 nömrəli tam orta məktəbin təhsildə və idmanda fərqlənən şagirdləri də iştirak edib.

Səbail rayon İcra Hakimiyyəti başçısının birinci müavini Xalidə Bayramova, DİN Daxili Qoşunlar Baş İdarəsinin şöbə rəisi, polkovnik Mətləb Qənbərov, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Ombudsman Elmira Süleymanova və digər qonaqlar yeniyetmələr və hərbiçilər qarşısında çıxış etmiş və bu layihənin əhəmiyyətini vurğulamışlar.

Yeniyetmələr qonaqlar qarşısında hərbi keçid, müxtəlif hərbi təlimlər və istirahət dövründə öyrəndiklərini nümayiş etdirmişlər. Sonda hərbi təlimlərdə fərqlənmiş, idman yarışlarında qalib gəlmiş şagirdlərimizə xatirə medalları təqdim olunub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi