Paşamın növbəti ürəkaçan nailiyyəti

İyulun 10-u Gənclər və İdman Nazirliyinin, Azərbaycan Şahmat Federasiyasının birgə təşkilatçılığı ilə Qusarda şahmat üzrə respublika olimpiadası keçirilib.

Qusar Olimpiya İdman Kompleksində keçirilən olimpiada 16 yaşadək gənclər arasında təşkil olunub. On bir turdan ibarət yarış İsveçrə sistemi üzrə keçirilib. Yarışlarda 10 yaşadək idmançılar “B”, 10 yaşdan yuxarı şahmatçılar isə “A” qruplarında çıxış ediblər.

Yarışda məktəbin rus bölməsinin II sinif şagirdi, daim öz rəqiblərini mat qoyan, “Azərbaycanın bayrağını yüksəyə qaldırmaq istəyirəm” deyən balaca şahmatçımız  Paşam Əlizadə 16 yaşadək yeniyetmələrin şahmat olimpiadası “B” qrupu komandasında qalib gələrək I yerə layiq görüldüyünə görə Gənclər və İdman Nazirliyinin, Azərbaycan Şahmat Federasiyasının və Qusar Rayon İcra Hakimiyyətinin diplom, xatirə medalı və qiymətli hədiyyələri ilə mükafatlandırılıb.

Paşamın digər şahmat yarışlarındakı qazandığı nailiyyətlərinin diplomlarını təqdim edirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi