Artıq onlar da birinci sinfə müsabiqəsiz qəbul ediləcək

Altı yaşı sentyabrın 16-dan dekabrın 31-dək tamam olacaq uşaqlar ümumi təhsil müəssisələrinin 1-ci sinfinə müsabiqəsiz qəbul ediləcək.

Belə ki, Prezident İlham Əliyev ""Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Fərman imzalayıb.

Dəyişikliyə əsasən, valideynlərin və ya digər qanuni nümayəndələrin müraciəti ilə hər təqvim ilinin sonunadək altı yaşı tamam olan uşaqlar da məktəbə qəbul edilirlər.

Həmin uşaqların valideynləri artıq mektebeqebul.edu.az elektron sistemi vasitəsilə şəxsi kabinetə daxil olaraq məktəb seçimi edə bilərlər.

Qeyd edək ki, indiyədək xüsusi istedada malik uşaqların vaxtından əvvəl 1-ci sinfə qəbulu iyun-iyul ayları ərzində müsahibə üsulu ilə aparılırdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi