Məktəbin fiziki tərbiyə müəllimlərinə sertifikatlar təqdim olunub

İyunun 29-da Təhsil Nazirliyi, "British Council", Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası, “İnkişaf Naminə İdman” İctimai Birliyinin birgə həyata keçirdiyi TOPs proqramının 4-cü mövsümünün başa çatması ilə əlaqədar mərasim keçirilib.

Layihə çərçivəsində məktəbin fiziki tərbiyə müəllimləri Cavanşir Mehbəliyev, Şakir Quliyev, Akifə Tahirova, Ülvi Mədətov və ibtidai sinif müəllimləri Kəmalə Ələkbərova, Vəfa Əliyeva təşkil edilən təlimlərdə fəal iştiraklarına görə onlara sertifikatlar təqdim olunub.

Təlimlərin məqsədi fiziki tərbiyə dərslərini tədris edən müəllimlərin peşə bacarıqlarının artırılması və tədrisin keyfiyyətinin yüksəldilməsidir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi