Məktəbin müəllimi qaliblər sırasında yer alıb

İyunun 28-i "Bank of Baku" və "Azərbaycan müəllimi" qəzetinin birgə təşkilatçılığı ilə ümumtəhsil məktəblərinin müəllimləri arasında elan edilmiş "Azərbaycan Xalq Cümhuriyyəti və Təhsil" mövzusunda inşa müsabiqəsinin qaliblərinin mükafatlandırılma mərasimi keçirilib.
Mükafatlandırma mərasimində məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Xəyalə Quliyeva qaliblər sırasında yer alıb və ona "Bank of Baku", "Təhsil Nazirliyi" və
"Azərbaycan müəllimi" qəzeti tərəfindən diplom və pul mükafatı təqdim olunub.
Tədbirdə çıxış edən təhsil nazirinin müavini Firudin Qurbanov bildirib ki, yazı müsabiqəsinin keçirilməsində məqsəd Azərbaycan Xalq Cümhuriyyətinin əldə etdiyi uğurlar, Azərbaycanın dövlətçilik və müstəqillik tarixində oynadığı müstəsna rol, həyata keçirilən böyük islahatları göstərməkdir.