2017-2018-ci tədris ilinin yekun hesabatı dinlənilib

 İyunun 29-u məktəbin akt zalında Pedaqoji Şuranın iş planına uyğun olaraq növbəti iclası keçirilib.

 İclası açıq elan edən məktəbin direktoru Xanlar İmaməliyev müəllim heyətini Pedaqoji Şuranın gündəliyinə çıxarılan məsələlərlə tanış edib. Daha sonra 2017-2018-ci tədris ilində IX və XI siniflərdə Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən buraxılış imtahanlarının nəticləri barədə məlumatı iclas iştirakçılarına təqdim edib. O, attestata yazılacaq bütün fənlərdən illik qiyməti və Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən buraxılış imtahanlarından 5 (beş) qiymət aldıqlarına eyni zamanda nümunəvi davranışlarına görə IX sinfi bitirən şagirdlərdən- 5 nəfərinin ümumi orta  təhsil haqqında fərqlənmə attestatına, XI sinfi bitirən məzunlardan- 9 nəfərinin tam orta  təhsil haqqında fərqlənmə attestatına  layiq görüldüyünü bildirib.

Məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Yaqut Həsənova “Təhsildə keyfiyyət ili” ilə əlaqədar məktəbdə görülmüş işlərdən, 2017-2018-ci tədris ilində məktəbin qazandığı uğurlardan, şagirdlərin əldə etdikləri nailiyyətlərdən geniş və ətraflı məruzə ilə çıxış edib.

Sonda məktəbin direktoru Xanlar İmaməliyev yeni tədris ilində qarşıya qoyulan vəzifələrin həyata keçiriməsi üçün müəllimlərə öz tapşırıq və tövsiyyələrini verib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi