Rəqiblərini mat qoyublar

Bakı Şəhəri üzrə Təhsil İdarəsi və  Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin  birgə təşkilatçılığı ilə respublikanın ümumtəhsil müəssisələrinin müəllimləri arasında keçirilmiş şahmat üzrə yarışlarda 236 nömrəli tam orta məktəbin fiziki tərbiyə və şahmat müəllimləri  Şakir Quliyev, Akifə Tahirova qaliblər sırasında yer alıblar.

Sözügedən müəllimlər rəqiblərini mat qoyaraq II və III yerləri tutmaqla Fəxri fərman, medal və hədiyyələrlə təltif olunublar.

Onuda qeyd edək ki, keçirilən yarışların əsas məqsədi müəllimlərin asudə vaxtlarının səmərəli təşkili və sağlam həyat tərzinin təbliğidir.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi