Şagirdlər üçün müxtəlif əyləncə proqramları təşkil olunub

İyunun 22-i məktəbin ibtidai sinif müəllimi Kəmalə Fərruxovanın təşəbbüsü və təşkilatçılığı ilə rəhbərlik etdiyi 4 "D" sinif şagirdlərinin asudə vaxtlarının səmərəli keçirilməsi məqsədilə Mərdəkan Dendrarisinə ekskursiya təşkil olunub.
Ekskursiya çərçivəsində şagirdlər üçün müxtəlif əyləncə proqramları təqdim olunub.
Asudə vaxtlarını dostları ilə birgə keçirən şagirdlər Mərkəzin parkında uşaqlar üçün yaradılmış əyləncə məkanları ilə tanış olub, birlikdə əyləniblər.
Sonda kollektivlə birgə xatirə şəkilləri çəkdirilib.