Murtuza Muxtarovun ev-muzeyini ziyarət ediblər

İyunun 13-ü məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Sima İmaməliyevanın təşkilatçılığı ilə rəhbərlik etdiyi sinif şagirdlərinin Mərdəkanda yerləşən, əsası Bakı milyonçusu, görkəmli alim Murtuza Muxtarov tərəfindən qoyulan, hazırda Mərdəkan dendrarisi adını daşıyan bağa ekskursiyası təşkil olunub.
Şagirdlərə müəllim və bələdçi tərəfindən bağda olan ağac və kol bitkiləri haqqında məlumat verilib. Daha sonra şagirdlər burada adları “Qırmızı kitab”a düşmüş nadir flora və fauna nümunələri ilə tanış olub və Murtuza Muxtarovun ev-muzeyini ziyarət ediblər.