"Əlifbamızı sevirik" adlı təbir keçirilib

İyunun 11-i məktəbin akt zalında məktəbin ibtidai sinif müəllimi Bənövşə Əliyevanın təşəbbüsü və təşkilatçılığı ilə rəhbərlik etdiyi 1 "B" sinif şagirdlərinin təqdimatında "Əlifbamızı sevirik" mövzusunda möhtəşəm bayram konserti təşkil olunub.
Təntənəli bayram Azərbaycan Respublikasının dövlət himni ilə başlayıb.
Tədbiri giriş sözü ilə açan Bənövşə müəllim şagirdləri, müəllimləri, valideynləri bayram münasibətilə təbrik edib, birincilərin təhsil pillələrini uğurla qalxacağını, ölkəmizin adını yüksəklərə qaldıraraq gələcəyin maarifpərvər ziyalılarından olmalarını arzulayıb.
Daha sonra birincilər Əlifbaya, Azərbaycana, Vətənə həsr olunmuş şeirlər söyləyib, xalq rəqslərini ifa ediblər.
Yüksək səviyyədə təşkil olunan tədbir valideynlərin və balacaların ürəyincə olub.