"İnsan hüquqları aylığı" çərçivəsində rəsm müsabiqəsi təşkil olunub

İyunun 7-si məktəbdə "İnsan hüquqları aylığı" çərçivəsində məktəbin  5 “Ə” və 8 “C” sinif şagirdləri arasında “Sağlam və xöşbəxt gələcək naminə ağ ölümə yox deyək” mövzusunda rəsm müsabiqəsi təşkil olunub.

Şagirdləri bu sahədə marifləndirmə məqsədi daşıyan müsabiqəni  məktəbin tərbiyə işləri üzrə direktor müavini Yaqut İslamova təşkil edib.

Yaqut müəllim şagirdləri pis vərdişlərdən uzaq durmağa, ailələrinə, Vətəninə, xalqına layiqli övlad kimi böyüməyə, təmsil olunduğu cəmiyyətə, bütövlükdə bəşəriyyətə öz əməlləri ilə töhfə vermək amalı ilə yaşamağa səsləyib. 

Məktəbin həkimi Elmira Şirəliyeva şagirdlərə psixotrop maddələrin  insanların sağlamlığına vurduğu ziyan barədə ətraflı və geniş məlumat verib.

Təşkil olunan müsabiqənin  məqsədi şagirdlərin bu sahədə bilgilərini artırmaq onların pis vərdişlərdən uzaq durmalarının vacibliyini təbliğ etməkdən ibarət olub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi