20 Yanvar şəhidlərini heç vaxt unutmamalıyıq!

18 Yanvar 2016- cı il tarixdə 236 №- li tam orta məktəbdə 20 Yanvar faciəsinin 26- cı il dönümü ilə əlaqədar tədbir keçirildi. Tədbiri giriş sözü ilə məktəbin direktoru Xanlar İmaməliyev açdı. O, qeyd etdi ki, yanvar ayının 11- dən başlayaraq bütün siniflərdə tədbirlər, açıq dərslər keçirilir, şagirdlərin Şəhidlər Xiyabanına ziyarəti təşkil olunur. Şagirdlər arasında inşa və rəsm müsabiqələri keçirilmiş, bülletenlər buraxılmışdır. Məktəbin direktoru 20 Yanvar faciəsindən danışdı və axırda qeyd etdi ki, bu faciəni biz heç vaxt unutmamalıyıq. Ölkəmizdən xaricdə yaşayan soydaşlarımızla hər il bu faciənin il dönümünü qeyd edirlər. Sonra şagirdlərin ifasında şəhidlərə aid şeirlər söylənildi və səhnəciklər göstərildi. Tədbirdə şəhid ailələri, müharibə əlilləri və valideyinlər iştirak etdilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi