Asudə vaxtlarını səmərəli təşkil ediblər

İyunun 2-3-ü məktəbin ibtidai sinif müəllimlərindən Nüşabə Ağamirzəyeva, Nərmin Əliyeva, Nailə Qələndərova, Kəmalə Fərruxovanın təşkilatçılığı ilə rəhbərlik etdikləri sinfin şagirdlərinin Mərkəzi Nəbatat bağına, Xalça Muzeyinə, Qala Arxeoloyi Etnoqrafik Muzey Kompleksinə, Milli Azərbaycan Tarix Muzeyinə, Azərbaycan Dövlət Milli İncəsənət Muzeyinə və bir sıra mənəvi dəyərləri toplayan, qoruyan və təbliğ edən müəssisələrə ekskursiyaları təşkil olunub.
Təşkil olunmuş ekskursiyaların məqsədi şagirdlərin istirahət günlərinin, asudə vaxtlarının səmərəli təşkili və tarixi abidələrimiz, mədəniyyətimiz haqqında məlumatlandırılması, tarixi-bədii qoruqlarımızın şagirdlərə tanıdılması olub.