Uşaqlar birgə o ki var əyləniblər

İyunun 1-i məktəbin ibtidai sinif müəllimi Nərmin Əliyevanın rəhbərlik etdiyi 3 "G" sinif şagirdləri "Uşaqların Beynəlxalq Müdafiəsi Günü" münasibətilə üzərinə arzular yazılmış şarları havaya buraxıblar, çərpələnglər uçurublar, rəngli təbaşirlərlə asvalt üzərində şəkillər çəkib, birgə o ki var əyləniblər.
Nərmin müəllim şagirdlərə Azərbaycanda uşaqların müdafiə olunması və onlara qayğı göstərilməsi istiqamətində çoxsaylı işlər görüldüyündən geniş və ətraflı söhbət açıb.